Küçədə anasını öldürən yeniyetməyə hökm oxundu

Bakıda küçədə anasını qətlə yetirən 15 yaşlı oğlana hökm oxunub.

Globalinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü yeniyetmə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin aprelində “Neftçilər” metrostansiyası yaxınlığında qeydə alınmışdı. 1985-ci il təvəllüdlü qadın 2007-ci il təvəllüdlü oğlu tərəfindən qətlə yetirilmişdi.

Oğlana qarşı qəsdən adam öldürmə ittihamı irəli sürülsə də, məhkəmə bu qənaətə gəlib ki, yeniyetməyə qətli qəsdən yox, affekt (ruhi həyəcan) halında törədib. Buna görə də ona aşağı həddə cəza təyin olunub.

Qeyd edək ki, yeniyetmə məhkəmə dövründə Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicəyə yerləşdirilmişdi.