“Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmayacağıq, bunu düşünmürük”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.
Paşinyan KTMT-nin Ermənistanın təhlükəsizliyi ilə bağlı öhdəliklərə əməl etmədiyini bildirib:
“Təəssüf ki, KTMT Ermənistanın təhlükəsizliklə bağlı çağırışlarına cavab vermədi. Bu hal dəfələrlə təkrarlandı. Yenə də hər dəfə tədbirlərə gedib, heç bir nəticə əldə etmədən geri qayıdırıq. Təşkilat Ermənistanı məsuliyyət dairəsinə salmaqdan imtina edir. Biz bu kimi addımlarımızla KTMT-yə düşünmək üçün zaman veririk. Tərəfdaşlarımız bizə silah-sursat sata bilmirlər. Biz də silahları haradan ala biləcəyimizi axtarırıq və tapırıq da”.
Əliyar Xəlil
Globalinfo.az