Krım körpüsündəki partlayışda 3 nəfər öldü

Krım körpüsündə baş verən partlayış nəticəsində 3 nəfər ölüb.

Globalinfo.az bildirir ki, APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.

“İlkin məlumatlara görə, Krım körpüsündə baş verən partlayış nəticəsində 3 nəfər ölüb” – Rusiya Federasiyasının İstintaq Komitəsinin məlumatında qeyd olunub.