Kremldən Qarabağdakı qondarma rejimin ləğvinə reaksiya

“Biz hadisəni diqqətə alır, ilk növbədə, humanitar aspekti diqqətlə izləyirik”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov Qarabağdakı qondarma rejimin özünü buraxması barədə məlumata cavab olaraq bildirib.

“Sülhməramlılarımız insanlara kömək olmağa davam edirlər. Ermənistana keçmək istəyənlərə yardım göstərilir”, – D.Peskov bildirib.

Əliyar Xəlil
Globalinfo.az