1755280819 1736846491 peskovi 1024x659 1

“Zöhran Mamdaninin Nyu-York meri seçilməsinin ABŞ-ın xarici siyasətinə, xüsusən də Ukraynada nizamlanma üzrə dialoqa mane olacağına inanmırıq”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

“Biz bunların heç bir şəkildə bir-biri ilə əlaqəli olduğunu düşünmürük. Belə məsələlər Amerika Birləşmiş Ştatlarının daxili işləridir”, – o bildirib.

Qeyd edək ki, Zöhran Məmdani Nyu-Yorkun ilk müsəlman bələdiyyə sədri olub. O, yanvarın 1-də and içəcək.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: