Rusiya sülhməramlıları Qarabağdan çıxır – Kremldən təsdiq

“Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması prosesinə başlanılıb”. 

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bu gün keçirilən mətbuat konfransında deyib.

Kreml rəsmisi yayılan məlumatların doğru olduğunu, prosesin davam edəcəyini bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Qarabağdakı Rusiya sülhməramlı kontingentinin ərazini tərk etdiyini əks etdirən görüntülər yayılıb.

Ayşən Mustafa
Globalinfo.az