Kral ailəsinin ən məşhur üzvü odur

Uels şahzadəsi, 42 yaşlı Keyt Middlton bu ilin fevral-aprel ayları arasında kral ailəsinin ən populyar üzvü olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Britaniyanın “YouGov” sorğusunun nəticələri sübut edir.

Onun populyarlığının artmasının səbəbi kimi bu yaxınlarda xərçəng xəstəliyinə tutulduğunu etiraf edən videomesaj yayması göstərilir.

Middltonun fevral ayında, diaqnozu dünyaya məlum olmadan əvvəl, Uels Şahzadəsi Britaniyanın ən populyar kralı kimi 77% reytinqə sahib idi, həyat yoldaşı isə 74% ilə ikinci yerdə qərarlaşmışdı.

Qeyd edək ki, Keyt Middlton Uels Şahzadəsi Uilyamla evlidir. Onların üç övladı var.