ehali 12

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 6 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, sutka ərzində koronavirusdan ölən olmayıb.

COVID-19-a yoluxmuş 41 nəfər sağalıb.

İndiyədək ölkədə ümumilikdə 828 825 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 497 nəfər müalicə olunaraq sağalıb, hazırda 190 aktiv xəstə var. Bu günə qədər 10 138 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 583, bu günə qədər isə ümumilikdə 7 537 871 test icra olunub.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Vurulan vaksinlərin ümumi sayı 13 950 865, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 404 839, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 359, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 400 931, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 736 nəfər təşkil edir.

Paylaş: