Köndələnçay su anbarı nə vaxt istifadəyə veriləcək? – VİDEO 

Köndələnçay su anbarının bu ilin sonunda istifadəyə veriləcəyi gözlənilir.

Globalinfo.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin baş məsləhətçisi Sarvan Ağayev bildirib ki, Köndələnçay üzərində 3 su anbarı var:

“Onlardan “Köndələnçay-1” su anbarı 2,1 milyon, “Köndələnçay-2” anbarının isə 3,9 milyon kubmetr su tutumu var. Çay üzərində yerləşən ən böyük anbar isə Aşağı Köndələnçay anbarıdır və 9,5 milyon kubmetr su tutumuna malikdir”.

Sarvan Ağayevin sözlərinə görə, işğal dövründə su anbarları istismara yarasız vəziyyətə düşüb.

O bildirib ki, su anbarı istifadəyə verildikdən sonra Füzuli rayonu ərazisində 6 200 hektar əkin sahəsini suvarmaq mümkün olacaq.

Ətraflı süjetdə: