kiyev1

ABŞ bu həftə və gələn həftə baş tutacaq iki ölkə nümayəndələrinin Roma və Kiyevdəki görüşlərindən sonra Ukraynaya bəzi silah növlərinin tədarükünü bərpa edə bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politiko” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“10-11 iyulda ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq beynəlxalq konfransda müdafiə naziri Rustem Umerovla görüşəcək. Daha sonra Kiyevdə görüşlər olacaq. Ağ Evin Ukraynaya hərbi yardımı bir sıra yüksək səviyyəli görüşlərdən sonra bərpa oluna bilər”, – deyə nəşr qeyd edib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ukraynaya silah tədarükünü davam etdirmək və artırmaq niyyətində olduğunu açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: