Kiyevin gizli planı: Zelenski ölsə, nə baş verəcək?

Kiyevin Prezident Volodimir Zelenskinin ölümü halında tətbiq edəcəyi plan hazırdır.

Globalinfo.az xəbər verir ki, bu barədə məşhur “Politico” nəşri yazıb.

Ukrayna Konstitusiyasına əsasən prezident səlahiyyətlərini prezidentin ölümü halında Ali Radanın sədri öz üzərinə götürməlidir. Lakin Ruslan Stefançuk Ukrayna əhalisi arasında bir o qədər də nüfuz sahibi deyil.
Ehtimal olunur ki, V.Zelenski öləcəyi halda Ukraynada nüfuzlu şəxslər hakimiyyəti öz aralarında böləcəklər. Bunlar Ali Rada sədri R.Stefançuk, Prezident ofisinin rəhbəri Andrey Yermak, XİN rəhbəri Dmitri Kuleba və müdafiə naziri Aleksey Reznikovdur.

Nəşr qeyd edir ki, Volodimir Zelenskinin ölümü Qərbə güclü təsir göstərə bilər. Bu hal baş verəcəyi zaman Qərb rəsmi Kiyevə Rusiya ilə danışıqlara başlaması üçün təzyiqləri artıracaq.

Tahir Turan
Globalinfo.az