Rusiya ordusunun Kiyevə endirdiyi zərbələrdən sonra baş verən partlayış və dağıntılar nəticəsində yaralıların sayı 29 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Unian“ Kiyevin meri Vitali Kliçkoya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edildiyindən axtarış-xilasetmə əməliyyatı davam edir.
Yaralılar arasında 7 və 10 yaşlarında iki uşaq, həmçinin hamilə qadın var.
Şəhərin Desnyanski rayonundakı dağıntıya məruz qalmış binada dörd nəfərin həlak olduğu təsdiqlənib.
***09:23
Rusiyanın Kiyevə dron və raket hücumu nəticəsində bir nəfər ölüb, yaralıları sayı 24-ə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat yayıb.
Onun sözlərinə görə, xəsarət alalardan biri uşaqdır.