Qabonun devrilmiş prezidentinin evində pulla dolu çamadanlar tapıldı – VİDEO

Qabonun devrilmiş prezidenti Əlo Bonqonun evində külli miqdarda nağd pul bağlamaları tapılıb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, Bonqo hərbçilər tərəfindən nəzarətə götürüldükdən sonra onun evində axtarış aparılıb. Nəticədə pulla dolu çamadanlar və çantalar aşkarlanıb.

Xatırladaq ki, avqustun 30-da səhər saatlarında Qabonun yüksək rütbəli hərbçiləri hakimiyyətə gəldiklərini elan ediblər, qiyamçılar arasında Respublika Qvardiyasının, Təhlükəsizlik Xidmətinin, ordunun və polisin nümayəndələri də var. Qiyamçılar avqustun 26-da üçüncü müddətə namizədliyini irəli sürən Əli ben Bonqo Ondimbanın qalib gəldiyi seçkilərin nəticələrini də ləğv ediblər. Onlar, həmçinin prezidentin və ailəsinin ev dustağı olduğunu bildiriblər.