Kılıçdaroğlunun yerinə keçən şəxs Ermənistana… – Qeqamyan

“Kamal Kılıçdaroğlunun CHP-dən getməsi Türkiyənin müxalif çevrələrində də Ermənistana münasibəti dəyişməyəcək”.

Globalinfo.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni türkoloq Varujan Qeqamyan deyib.

“Türkiyənin ana müxalifət partiyası CHP-nin yeni lideri bəlli olub. Məğlubiyyət simvolu Kamal Kılıçdaroğlunun yerinə kamalistlər partiyasının sədri postuna Özgür Özəl keçib. Bütün siyasi döyüşlərdə məğlub olan Kılıçdaroğlu yəqin ki, tədricən siyasətdən uzaqlaşacaq və onun rəhbərlik etdiyi qüvvə yeni bir başlanğıc şansı qazanacaq. Amma bu, bizim üçün böyük dəyişiklik deyil, çünki partiya Ermənistan məsələsində hakim AKP-dən fərqlənmir”, – ekspert bildirib.