Kılıçdaroğlu Avropaya vəd verdi: Prezident olsam…

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğu prezident olacağı təqdirdə Ankaranın Avropa Birliyinə üzvlüyü üçün danışıqlar prosesini yeniləmək istədiyini bildirib.

Globalinfo.az xəbər verir ki, bunu Kılıçdaroğlu “Faynenşıl Tayms”a müsahibəsi zamanı deyib. Qəzet həmçinin Kılıçdaroğlunun Rusiya ilə münasibətlərdən də imtina etmək niyyətində olmadığını yazıb. Belə ki, Kılıçdaroğlu prezident olduqdan sonra Rusiya ilə iqtisadi əlaqələrin saxlanmasına dəstək verəcəyini söyləyib. Lakin Kılıçdaroğlu həmçinin Rusiyanın Ukraynaya başladığı müharibəni dəstəkləmədiklərini qeyd edib.

Globalinfo.az