kazan gorusu

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyaların fəaliyyəti haqqında əsasnamə təsdiqlənib. Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Qeyd edək ki, əsasnamə bu ilin avqustun 30-da imzalanıb.

Sərəncamı Kazanda İlham Əliyevlə Nikol Paşinyanın görüşündən sonraya təsadüf etməsi diqqət çəkir. Bu, sülh danışıqlarının sürətlənməsini deməyə əsas verir?

Globalinfo.az-a açıqlamasında Türkiyənin Erciyes Universitetinin professoru, siyasi şərhçi Qafar Çaxmaqlı deyib ki, bu Əsasnamə Qazax rayonuna aid kəndlərin geri verilməsi və həmin ərazidə demarkasiya prosesinin aparılmasından sonra razılaşdırılmış sənəddir:

qafar

Qafar Çaxmaqlı

“Onun Ermənistan Konstitusiya Məhkəməsində ratifikasiya edilməsindən sonra parlamentdə təsdiqi gələcəkdə digər sərhəd xətlərinin də müəyyənləşməsi üçün əsas verir. Bu iş davam etdiriləcək.
Yaxın zamanda delimitasiya və demarkasiya işinin başa çatacağını düşünmək yanlış olardı, bu, uzun bir prosesdir. Bu prosesin Ermənistanla Azərbaycan arasında sülh sazişi ilə əlaqəsi yoxdur. Sülh anlaşması ayrı bir fəaliyyətdir. Ermənistan iddia edir ki, təkliflər paketinin 16 maddəsindən 13-ü razılaşdırılıb və bunları əsas alaraq müqaviləni imzalamaq olar. Amma həm razılaşdırılmamış üç maddə və Ermənistan konstitusiyasındakı Azərbaycana ərazi iddiaları qalırsa, müqaviləni imzalamağın bir mənası olmaz.

Çünki imzalanan hər hansı sənəd konstitusiyaya uyğun olmalıdır ki, təsdiq olunsun. Məsələ bunun üstündədir ki, Ermənistan konstitusiya dəyişikliyinə belə tezliklə getmək istəmir. Ən azından Ermənistan bunu edəcəyinə dair təminat verməlidir. Ermənistan 10 noyabr 2020-ci il üçtərəfli bəyannamədəki öhdəliklərini yerinə yetirməyib. Sülh danışıqlarından çıxarılsa da Zəngəzur dəhlizinin açılması ilə bağlı yekdil qərar yoxdur. Bu səbəblərdən yaxın zamanda sülh sazişinin imzalanacağı mümkün görünmür”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: