64c01d855929a64c01d855929b169031206964c01d855929864c01d8559299

“Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzi” publik hüquqi şəxsi ləğv edilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən mərkəz “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsə birləşdirilib.

Kardiologiya Mərkəzinin fəaliyyətinin Naxçıvan Muxtar Respublika Xəstəxanasında davam etdirməkdə məqsəd Muxtar Respublika Xəstəxanasına üz tutan təcili və təxirəsalınmaz ürək xəstələrinə daha operativ və zamanında tibbi müdaxilə etmək, yeni doğulmuş uşaqlardan yaşlı nəslin nümayəndələrinə qədər hər bir yaşda olan insanlara hər növ ürək xəstəliklərinin diaqnostika və müalicəsinin aparılmasına şərait yaratmaqdır.

Paylaş: