Kamala Harris lazım olan səsi topladı

ABŞ-ın vitse-prezidenti Kamala Harris onlayn seçkilərdə iştirak edən Demokrat Partiyasının nümayəndələrindən lazımi sayda səs toplayıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ceymi Harrison yazılı açıqlamasında bildirib.

“Mən fəxrlə təsdiq edirəm ki, vitse-prezident Harris bütün qurultay nümayəndələrinin əksəriyyətinin səsini qazanıb və bazar ertəsi səsvermə başa çatdıqda demokratların rəsmi namizədi olacaq”, – o bildirib.