“ABŞ Floridada olan Ukrayna-Amerika danışıqlarının nəticələri barədə bizə məlumat verməyib”.
Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Kaja Kallas etiraf edib.
O, danışıqların çətin, lakin məhsuldar keçdiyini qeyd edib:
“Dekabrın 1-də ABŞ-Ukrayna görüşünü müzakirə etmək üçün Ukraynanın müdafiə və xarici işlər nazirləri ilə görüşəcəm”.
Qeyd edək ki, noyabrın 30-da Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüş keçirilib. Danışıqlarda ABŞ-ı dövlət katibi Marko Rubio və prezidentin kürəkəni Cared Kuşner təmsil edib.
Əliyar Xəlil
Globalinfo.az