ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Bombardier ARTEMIS II kəşfiyyat təyyarəsi Kalininqrad vilayətinin sərhədinə yaxın ərazidə uçuş həyata keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Agentliyin məlumatına görə, təyyarə Rumıniyanın Mixail Koqălniceanu hava bazasından havaya qalxaraq Polşanın Qdansk bölgəsinə çatıb. Buradan Kalininqrada doğru hərəkət edib.
Məlumata görə, sözügedən təyyarə əvvəllər də vilayət ətrafında uçuş həyata keçirib. Lakin bu dəfə daha yaxında müşahidə aparıb.