Avropa İttifaqqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell Borrell 27 ölkənin hökumətlərinə İsrailin iki nazirinə qarşı sanksiya tətbiq edilməsini təklif edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “DPA” agentliyi Aİ-dəki mənbələrə istinadla məlumat yayıb.
Həmin şəxslərin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotri olduğu bildirilir.
Agentlik yazır ki, hər iki siyasətçinin son vaxtlar fələstinlilərə qarşı açıqlamaları hiddət doğurub.
Borrell deyib ki, nifrəti alovlandırdıqları və insan haqlarını pozduqlarına görə onların Aİ-dəki aktivləri dondurulmalı və quruma üzv olan ölkələrə daxil olmasına icazə verilməməlidir.