Kadırovdan müharibəni bitirmək üçün dəhşətli variant

Ukrayna ilə heç bir danışıqlar olmamalıdır, çünki hazırda döyüş fəaliyyətləri “Rusiya ərazisi”ndə gedir.

Globalinfo.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

O, Rusiyanın birbaşa Prezident Vladimir Zelenskini hədəfə çevirməli olduğunu deyib:

“Bu ərazilər Ukraynanın satanist fəaliyyətlərindən müdafiə üçün bizim dövlətin tərkibinə girməyi arzulayan regionlardır. Ona görə də hansısa danışıqlar olmamalıdır. Satanistlərin Kiyevin mərkəzindəki yuvasına zərbə endirilməlidir. Bu ideologiyanın əsas təşviqatçısı və müdafiəçisi Zelenski vurulmalıdır”.

Aqşin
Globalinfo.az