Məşhur türkiyəli aktyor Kadir İnanır müalicə aldığı müddət ərzində (1,5 il) ərzində ilk dəfə ayağa qalxıb.
Globalinfo.az xəbər verir ki, bu haqda onun həkimi Canan Kaftancıoğlu paylaşım edib.
““Sevimli Kadir İnanır ilə indi foto paylaşa bilərik. Üstəlik, ayaq üstə. Bir həkim kimi rahatlıqla deyə bilərəm ki, bu foto Kadir İnanırın inadının və qərarlılığının nəticəsidir. O hər mənada Kadir İnanırdır”, – o, paylaşımına əlavə edib.
Qeyd edək ki, Kadir İnanır beyin damarında yaranan problemlə əlaqədar 2024-cü il martın 24-də xəstəxanaya yerləşdirilib. Daha sonra evə buraxılan aktyor bir ildir ki, fizioterapiya alır. Ziyarətinə gələn hər kəsi arabada qəbul edən Kadir İnanır nəhayət ki, uzun zaman sonra ayağa qalxa bilib.
Aysel Əliyeva
Globalinfio.az