“Jurnalistlərin 3-cü binası”nın mənzilləri artıq paylanılıb? – Açıqlama

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin avqust ayında jurnalistlər üçün tikilmiş 3-cü binanın taleyinə rəsmən aydınlıq gətirmiş, onun şəhid ailələri və qazilərə veriləcəyini açıqlamışdı.

Globalinfo.az modern.az-a istinadən bildirir ki, nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin açıqlamasında deyilib:

“Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 20 ünvanında yerləşən 255 mənzilli bina ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinə və həmin döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş igid Vətən övladlarının istifadəsi üçün nəzərdə tutulub”.

Nazirliyin açıqlamasından 2 ay keçməsinə baxmayaraq, sözügedən binadakı mənzillərin paylanıb-paylanmadığına aydınlıq gətirilməyib.

Əməkdaşımız bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinnin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovla əlaqə saxlayıb.

F.Talıbov mənzillərin hələ bölüşdürülmədiyini, bununla bağlı rəsmi məlumat olanda mətbuata açıqlananacağını bildirib.