tramp11sent scaled

ABŞ-ın aparıcı telekanalları olan CNN və “MS NOW”, eləcə də “Politico” nəşri jurnalistlərinin Ağ Evə giriş akkreditasiyasının bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət ünvanlayıb.

Globalinfo.az -ın xəbərinə görə, məhkəmə iddiasında bildirilir ki, Prezident Donald Trampın bu qərarı ABŞ Konstitusiyasının Birinci düzəlişini və ədalətli hüquqi prosedur təminatlarını kobud şəkildə pozur.

Eyni zamanda, ölkənin nəhəng teleşəbəkələri – “ABC”, “CBS”, “NBC” və “Fox News” da CNN-in mövqeyini müdafiə edərək prezident komandasını əvəzləməkdən imtina edib. Həmçinin prezident tədbirlərinin işıqlandırılmasını dayandırıb. “The New York Times” yazır ki, bu qərar Ağ Evin CNN-in fəaliyyətinə qadağa qoymasına qarşılıq olaraq verilib.

“Cəmiyyətin hakimiyyət haqqında dəqiq və müstəqil məlumat almaqda həyati əhəmiyyət kəsb edən marağı var. Heç bir administrasiya xəbər təşkilatının işini materialları ilə razılaşmadığına görə məhdudlaşdırmamalıdır”, – teleşəbəkələrin birgə bəyanatında qeyd olunur.

Xatırladaq ki, cümə günü Tramp CNN, “MS NOW” və “Politico”nu daimi saxta məlumatlarına görə Ağ Evdə onlara qadağa qoyub. Şənbə günü isə həmin nəşrlərin jurnalistləri binaya buraxılmayıb və keçid vəsiqələri deaktiv edilib.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: