avropa polis partlayis 2

İsveçrə hökuməti Krans-Montanada baş verən yanğından sonra beş günlük matəm elan edib.

Globalinfo.azReuters“ə istinadən xəbər verir ki, hadisə nəticəsində 40 nəfər həlak olub, 115 nəfər yaralanıb.

İsveçrə prezidenti Gi Parmelen bildirib ki, matəm dövründə Berndəki bayraqlar yarıya endiriləcək.

Qeyd edək ki, İsveçrənin Kran-Montana şəhərində yerləşən dağ-xizək kurortunda bir barda baş verən partlayış yanğınla nəticələnib. Hadisə zamanı onlarla insan ağır yanıq xəsarəti alıb.

***

Kran-Montana dağ-xizək kurortundakı partlayış nəticəsində 40 nəfər ölüb, azı 100 nəfər yaralanıb.

Bu barədə “Le Nouvelliste” qəzeti məlumat yayıb.

***

İsveçrədə dağ-xizək kurortundakı barda bayram tədbiri zamanı partlayış nəticəsində azı 10 nəfər ölüb, 10 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Hadisənin terror aktı olmadığı iddia edilir.

***11:00

İsveçrənin Vale bölgəsində Kran-Montana dağ xizəyi kurortunda baş verən partlayış nəticəsində bir neçə nəfər həlak olub.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

“Hələlik məlum olmayan səbəbdən partlayış baş verib. Bir neçə nəfər ölüb, xəsarət alanlar var”, – deyə polisdən bildirilib.

Ölən və xəsarət alanların dəqiq sayı açıqlanmayıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Oxu.Az (@oxuaz)

Paylaş: