68d440bdb45c968d440bdb45ca175874066968d440bdb45c768d440bdb45c8

Türkiyə Rusiya və Ukrayna arasında sülh üçün İstanbul danışıqlarını davam etdirmək istəyir.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Ərdoğan Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı İstanbul müzakirələrinin əhəmiyyətindən danışıb.

O bildirib ki, Rusiya və Ukrayna arasında ədalətli və davamlı sülhün təmin olunması üçün bütün səyləri göstərir və İstanbul danışıqlarını nəticəyönümlü inkişaf etdirmək niyyətindədir.

Paylaş: