7e2a1693 0c31 379c a410 35cf5d9cad9a 850

İsrail Baş Qərargahının sabiq rəisi, hazırda İsrail hökumətində nazir olan Qadi Eyzenkotun oğlu, İsrail ordusunun ehtiyatda olan əsgəri Qal Eyzenkot öldürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Məlumatda Qal Meyra Eyzenkotun anklavın şimalında gedən döyüşdə həlak olduğu bildirilib.

Bildirilib ki, Qadi Eyzenkot oğlunun ölümündən İsrail qoşunlarının cənub komandanlığına səfəri zamanı xəbər tutub.

İsrailin baş naziri Benyamin Netanyahu onun vəfatı ilə bağlı başsağlığı verib.

Paylaş: