İsrailin müdafiə naziri də Azərbaycanın son qərarını alqışladı

İsrailin müdafiə naziri Benni Qantz Azərbaycanın ölkəsində səfirlik açmaq qərarını alqışlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Benni Qantz “Twitter”də bildirib.

“Mən Azərbaycan parlamentinin İsraildə səfirlik açmaq qərarını alqışlayıram. Keçən ay mən Azərbaycana səfər etdim və Prezident İlham Əliyevlə, müdafiə naziri general-polkovnik Zakir Həsənovla və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə görüşdüm. Görüşlərdə biz bir sıra siyasi və təhlükəsizlik məsələlərini müzakirə etdik”, – nazir qeyd edib.