İsrailin hücum planı: İrana cavab zərbəsi necə həyata keçiriləcək?

“Birləşmiş Ştatlar İranın ötən həftəsonu həyata keçirdiyi hücuma İsrailin cavab zərbəsinin məhdud olacağını ehtimal edir. Eyni zamanda cavab zərbəsinin İranın hərbi və kənardakı proksi qüvvələrini əhatə edəcəyini gözləyir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “NBC News” dörd amerikalı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton gözlənilən tədbirlər barədə İsrailin öncədən məlumat verəcəyini düşünür.

ABŞ rəsmiləri hesab edir ki, İranın hücumu insan tələfatı və geniş dağıntılarla nəticələnmədiyi üçün İsrail daha yumşaq variantlardan biri ilə cavab verə bilər. Zərbələrin kənardakı İran qüvvələrinə endirilməsi mümkündür. İsrailin seçimləri arasında Suriyaya zərbələrin endirilməsi də ola bilər.

ABŞ, İsrailin yüksək rütbəli İran rəsmilərini hədəfə alacağını düşünmür. Əksinə İrandan Hizbullaha göndərilən qabaqcıl raket hissələrinin və silahların saxlanıldığı anbarların hədəfə alınması gözlənilir. Ancaq ABŞ hərbi əməliyyatlarda iştirak etmək niyyətində deyil. Üstəlik, Vaşinqton İsraildən öz addımları barədə əvvəlcədən məlumat paylaşmasını gözləyir.

Əliyar Xəlil
Globalinfo.az