İsrail hərbi kabinetində gərgin anlar – İrana cavab zərbəsi qərarı…

İsrailin hərbi kabineti bir neçə saatlıq müzakirədən sonra hələ də İranın hücumlarına cavab verilib-verilməyəcəyi haqda qərar qəbul etməyib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Kanal 12” telekanalı məlumat yayıb.

Məlumata görə, bir neçə saatlıq müzakirələrdən sonra İsrailin hərbi kabineti hələ də İranın hücumuna necə və nə vaxt cavab verəcəyi haqda qərar qəbul etməyib. Nazirlər qərar qəbul etmədən müzakirələri dayandırıblar.

Məlumata görə, yaxın vaxtlarda müzakirələrin bərpa olunacağı gözlənilir. İsrail mediasının məlumatına görə, nazir Benny Qantz və onun Milli Birlik Partiyasından olan həmkarları İrandan qisas almağı təklif ediblər.

Bu təklif müdafiə naziri Yoav Qalant tərəfindən kəskin etirazla qarşılanıb. Lakin sonradan İsrailin hava hücumundan müdafiə sistemlərinin müvəffəqiyyəti, İranın hücumunun az ziyan vurduğu və Baydenlə Netanyahunun telefonda danışdığı aydınlaşdıqca İrana dərhal cavab verilməsi ideyası ortaya çıxıb.

Lakin İsrailin cavabının vaxtı və xarakteri ilə bağlı Netanyahunun mövqeyi açıqlanmır. Bununla belə, “Kanal 12”-nin iddiasına görə, Birləşmiş Ştatlar İsrailin hər hansı cavab  qərarına veto qoymayacaq. Lakin cavab zərbələrinin əvvəlcədən xəbər verilməsi və ABŞ-la əlaqələndirilməsi tapşırılıb. Eyni zamanda ABŞ açıq şəkildə bəyan edib ki, İsrailin heç bir cavab tədbirində iştirak etməyəcək.

Əliyar Xəlil
Globalinfo.az