
İsrailin yüksəkvəzifəli rəsmiləri ABŞ və İran arasında mümkün razılaşmaya kəskin etiraz ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşri məlumat yayıb.
Bildirilib ki, Tel-Əvivdə bu sazişin ölkənin təhlükəsizlik maraqlarına uyğun olmadığı və İranın nüvə proqramı ilə bağlı əsas narahatlıqları aradan qaldırmadığı düşünülür:
“İsrailin mövqeyi danışıqlarda nəzərə alınmır və hazırlanan sənəd ölkənin maraqlarına zərər vurur. Digər yüksəkvəzifəli mənbə isə daha sərt ifadə işlədərək ABŞ Prezidenti Donald Trampın İsraili çətin vəziyyətdə qoyduğunu deyib.
İsrail rəsmilərinin fikrincə, bölgədə bu razılaşma İranın təzyiqi və ABŞ-ın güzəştləri nəticəsində əldə olunan sənəd kimi qəbul edilir.
Sazişin uğurlu olub-olmayacağı İranın zənginləşdirilmiş uran ehtiyatlarının faktiki şəkildə ölkədən çıxarılması və ya məhv edilməsi ilə qiymətləndiriləcək. Bu baş verməsə, razılaşma ilə bağlı narahatlıqlar daha da artacaq”.
Safura Bənnayeva
Globalinfo.az