İran Soroka xəstəxanasının altındakı gizli hərbi bazaya raket zərbəsi endirib.

Bu barədə İran mediası məlumat yayıb.

Sözügedən əməliyyatla bağlı görüntülər təqdim edilib.

***10:04

İran İsrailə kütləvi raket hücumu həyata keçirib.

Globalinfo.az xəbər verir ki, nəticədə Beerşebadakı Soroka xəstəxanası da vurulub.

İlkin məlumatlara görə, xəstələr və işçilər daxil olmaqla, azı 10 nəfər xəsarət alıb.

Partlayışlar Təl-Əvivi də silkələyib, şəhərin mərkəzindəki bir neçə bina zərər görüb.

Bildirilib ki, İsraildə sirenlər səslənir və vətəndaşlara növbəti xəbərdarlığa qədər sığınacaqlarda qalmaları əmr edilir.

Həmin videonu təqdim edirik:

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: