Lukaşenkodan Paşinyana məsləhət: Ciddi düşün!

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Baş naziri Nikol Paşinyanın KTMT-nin Minsk sammitinə gəlməkdən imtina etməsinə sakit reaksiya verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

Lukaşenko Ermənistanın Baş nazirinə tələsməməyi, tələsik qərarlar qəbul etməməyi, dezinteqrasiyaya yönəlik növbəti addımlar barədə ciddi düşünməyi təklif edib. O, “parçalanmaya yönələ biləcək növbəti addımları ciddi şəkildə nəzərdən keçirməyi” tövsiyə edib.

Qeyd edək ki, Paşinyan Lukaşenko ilə telefon danışığı zamanı Minskdə KTMT sammitində iştirak etməyəcəyini açıqlayıb. Kreml isə erməni baş nazirin bu qərarından təəssüfləndiyini bildirib.