https d1e00ek4ebabms.cloudfront.net production f8a4c07b 3a54 46d9 8744 173d940e0109

İsrailin müdafiə naziri İsrael Katz sosial media hesabında İran ali rəhbəri Ayətullah Əli Xameneiyə qarşı daha əvvəl sui-qəsd cəhdi etdiyini iddia edərək onu yenidən sui-qəsd ilə hədələyib.

Globalinfo.az xəbər verir ki, Katz paylaşımında belə yazıb:

“Mən Xameneiyə sığınacaqdan çıxanda gözlərini göyə qaldırmağı və hər səs-küyə diqqətlə qulaq asmağı təklif edirəm”.

Bu açıqlama iyun ayında baş vermiş 12 günlük hücumlar zamanı Katzın İranın ali rəhbərinə qarşı sui-qəsd cəhdi təhdidini təkrarlaması kimi qiymətləndirilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: