20231111 map501

İsrail Silahlı Qüvvələri Suriyaya daxil olub. Qoşun ölkənin cənubundakı Quneytra əyalətinin Samdaniya qəsəbəsində təmizləmə əməliyyatı keçirib. Kəndin girişində nəzarət-buraxılış məntəqəsi qurub və bir neçə mülki avtomobildə axtarış aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Suriya KİV məlumat yayıb.

Bundan başqa, məlumata görə, sentyabrın 19-da axşam saatlarında dörd zirehli maşından ibarət konvoy Suriyanın cənubundakı Dəra əyalətində reyd keçirib.

Qeyd edək ki, sentyabrın 12-də Suriya Prezidenti Əhməd Şaraa Dəməşqin 2024-cü ilin dekabrından bəri davam edən İsrailin cənub bölgələrinə hücumlarına son qoymağa çalışdığını bildirib. Bu həftənin əvvəlində o, Suriyanın yaxın günlərdə İsraillə təhlükəsizlik sazişi imzalaya biləcəyini bəyan edib.

Paylaş: