İsrail SEPAH qərargahını belə məhv etdi – VİDEO

İsrailin Suriyanın paytaxtı Dəməşqdə yaşayış binasına endirdiyi zərbənin görüntüləri yayılıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, Suriya mediası dörd mərtəbədən ibarət evin tamamilə dağıldığını təsdiqləyib.

Zərbə nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb.

“İslami Cihad” qruplaşmasının Siyasi Bürosunun üzvü Ehsan Atayanın “RİA Novosti”yə verdiyi məlumata görə, zərbə nəticəsində qruplaşmanın lideri Ziyad ən-Nahala və komandir Əkrəm əl-Acurinin həlak olması ilə bağlı İsrail sosial şəbəkələrində yayılan xəbərlər həqiqəti əks etdirmir.

Qeyd edək ki, dağıdılan evdən SEPAH hərbi müşavirləri qərargah kimi istifadə edib.