İsrail Livanın cənubundakı işğal zonasını genişləndirir.
Zirehli maşınlar Livan ərazisinin daxilinə doğru hərəkət etməyə başlayıb.
İsrail ordusu bu addımı “Hizbullah”ı sərhəddən uzaq tutmaq məqsədi ilə əlaqələndirir.
***
İsrail ordusunun Livana girməsindən sonra Qərbi Qalileyada bəzi yaşayış məntəqələrinə “Hizbullah“a məxsus PUA-ların daxil olması ilə bağlı xəbərdarlıq edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Kanal 12″məlumat yayıb.
Əlaqəli xəbər
Buraxılan pilotsuz uçuş aparatları cənub-şərq istiqamətində irəliləyib.
Yuxarı Qalileya və Orta Qalileyada bəzi yaşayış məntəqələrində həyəcan siqnalı verilib.
***11:23
İsrail quru qoşunları Livanın cənubuna daxil olub.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” televiziyası məlumat yayıb.
“Hazırda quru qoşunları ərazidə bir neçə məntəqəni nəzarətdə saxlayır”, – məlumatda bildirilib.
İsrail Müdafiə Qüvvələri “Hizbullah“a qarşı əməliyyatların güclənəcəyini açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az