İsrail minlərlə əsgərini Qəzzadan çıxarır?

İsrail minlərlə əsgərini Qəzza zolağının şimalından çıxarmağa hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb. Məlumata görə, İsrail Qəzza zolağının şimalından minlərlə əsgərini, o cümlədən 5 briqadasını geri çəkə bilər.

Bununla belə, İsrail Ordusunun sözçüsü Daniel Hagari müharibənin 2024-cü ildə də davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri iki briqadanın bu həftə Qəzzadan çıxarılacağını açıqlayıb. İsrail Ordusunun Hərbi Kəşfiyyat İdarəsi digər üç briqadanın isə daha sonra geri çəkiləcəyini bildirib.

Əliyar Xəlil,

Globalinfo.az