İsrail kəşfiyyatı bu sensasion hesabatı İLK DƏFƏ açıqladı – GÖRÜN NƏLƏR OLACAQ

Dünya keçid nöqtəsindədir. Bundan sonra eyni anda baş verəcək böhranlar seriyası planetin geosiyasi vəziyyətini, texnologiyaların yerini, iqtisadi nizamı və digər çoxsaylı – səhiyyədən energetikaya qədər disiplini dəyişəcək.

Globalinfo.az xəbər verir ki, bu məlumat İsrail Milli Kəşfiyyatının tarixdə ilk dəfə ictimaiyyət üçün açıqladığı hesabatda yer alıb.

Məlumata görə, dünya uçurumun kənarındadır və baş verəcək böhranlar həyatın bütün aspektlərinə toxunacaq.

Hesabatda İsrailin statusunda ciddi dəyişiklik mövcuddur. Bu dəyişiklik enerji baxımından zəif ölkənin yeni tapılan qaz yataqları ilə müstəqil oyunçuya çevriləcəyini göstərir.

Kəşfiyyatın sənədini hazırlayan 8 ekspert arasında İsrail ordusunun keçmiş rəisi Amos Yadlin, Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Yakov Amidror, kəşfiyyat naziri Elazar Stern və nazirliyin baş direktoru Aleks Dan kimi şəxslər yer alıb.

Sənəddə İranla konfliktdən bəhs edən Yadlin rəsmi Tehranın üzərində açıq təzyiqi hiss etdiyini bildirib:

“Onlar beyin axını ilə mübarizə aparırlar və hiss edirlər ki, İsrail onları “İbrahim müqaviləsi”ndən sonra mühasirəyə alıb. İranda hesab edirlər ki, dünya onları pis oğlan kimi identifikasiya edir və öz imiclərini dəyişə bilmirlər”.

Sənəddə həmçinin İsrail üçün ABŞ, Çin və Rusiya arasında geosiyasi balansın saxlanılmasının asan olmayacağı vurğulanıb. Bu güclərin açıq rəqabətdən daha ciddi konfliktə keçdiyi bildirilib.

Qeyd edək ki, yeni dünya nizamı ilə bağlı konspiroloji nəzəriyyələr zaman-zaman gündəmə gəlir. Bu prosesdə İsrailin, xüsusən Rokfeller ailəsinin rol oynadığı deyilir.

Aqşin
Globalinfo.az