İsrail HƏMAS-a bir həftəlik atəşkəs təklif etdi

İsrail HƏMAS-ın bölgədə saxladığı 35-ə yaxın girovun geri qaytarılması üçün Qəzza zolağında bir həftəlik humanitar fasilə elan etməyi təklif edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən  xəbər verir ki, bu barədə CNN yüksək rütbəli ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, məhbuslar qrupuna qadınlar, yaralılar və qocalar daxil olacaq.

Qeyd edək ki, HƏMAS hələlik hər hansı əlavə təfərrüat və ya şərh verməyib.