İsrail Hərbi Hava Qüvvələri Beyruta zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, zərbələr nəticəsində partlayışlar baş verib və şəhərin üzərini qara tüstü bürüyüb.
Beyrutun cənub-şərq hissəsindəki “Dawwar Tayouni” meydanına endirilən raket zərbəsi kameralara əks olunub.
Hava hücumu nəticəsində Fransa səfirinin Beyrutdakı iqamətgahından təxminən 500 metr aralıda yerləşən çoxmərtəbəli bina tamamilə dağılıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az