DOy1loJNFr4j4COI

İsrail ABŞ-ın F-35 qırıcı təyyarəsi ilə rəqabət apara biləcək döyüş dronları yaratmağı planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşr yazır ki, İsrail ABŞ-ın hərbi dəstəyindən asılılığını tədricən azaltmaq, onu birgə silah inkişafı və istehsalı proqramları ilə əvəz etmək niyyətindədir.

Qeyd olunur ki, bu strategiya çərçivəsində F-35 qırıcıları ilə müqayisə edilə biləcək döyüş pilotsuz təyyarəsinin yaradılması planlaşdırılır. Həmçinin proqramın icrasına digər ölkələrin də cəlb edilə biləcəyi deyilir. 

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: