İrandan ABŞ-ın qərarına ETİRAZ: “Əsrin fəlakətidir”

BMT Təhlükəsizlik Şurasının Qəzzada dərhal atəşkəs tələb edən qətnaməsinə ABŞ tərəfindən “veto” qoyulub.

Globalinfo.az xəbər verir ki, İran ABŞ-ın atəşkəs qərarına “veto” qoymasını əsrin diplomatik fəlakəti adlandırıb.

Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib:

“ABŞ-ın “veto” qərarı açıq şəkildə göstərir ki, Qəzzadakı müharibənin beynəlxalq məsuliyyəti “Ağ Ev”in üzərinə düşür”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani də ABŞ-ın Qəzzada atəşkəsə qarşı çıxmasını pisləyib:

“ABŞ Qəzzada davam edən humanitar böhranın həlli olmadığını bir daha sübuta yetirdi. Çünki Vaşinqton əksinə problemin davam etməsinin və bölgəyə yayılmasının tərəfdarıdır. Bu, həm də beynəlxalq təhlükəsizliyi və sülhü qorumaq missiyasını öz üzərinə götürən BMT və onun Təhlükəsizlik Şurasına zərər verir”.

Xatırladaq ki, ABŞ BMT Təhlükəsizlik Şurasının 16, 18 və 25 oktyabr, eləcə də 8 dekabr 2023-cü il tarixli qətnamələrinə də “veto” qoyub.

Əliyar Xəlil
Globalinfo.az