Mərakeşdən olan ailələr İspaniyaya gedən qanunsuz immiqrantları axtarmağa başlayıblar.
Globalinfo.az xəbər verir ki, barədə “Az-Zaman” nəşri məlumat yayıb.
Bildirilib ki, sosial şəbəkələrdə itkin düşən şəxslərin fotoları paylaşılır, çoxsaylı izləyicisi olan istifadəçilərdən isə Seuta istiqamətində sərhədi keçdikdən sonra əlaqəsi kəsilən mərakeşlilər barədə məlumatların yayılması xahiş olunur.
Xatırladaq ki, iyulun sonunda on minlərlə miqrant Mərakeşdən İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri Seutaya qanunsuz daxil olmuşdu. Bu hadisə İspaniya Ali Məhkəməsinin qeyri-qanuni miqrantların ölkədən dərhal çıxarılmasını qadağan edərək, onlara sığınacaq üçün müraciət etmək imkanı verilməsi barədə qərarından sonra baş vermişdi.
Avqustun 2-də İspaniyanın La Sexta telekanalı Seutaya keçməyə cəhd zamanı 90 nəfərin həyatını itirdiyini, daha 1149 miqrantın isə tibbi yardıma ehtiyac duyduğunu bildirib.
Əliyar Xəlil
Globalinfo.az