iran daki gosterilerde hayatini kaybedenlerin sayisi 538 e yukseldi 371351

İranın Moskvadakı səfiri Kazem Cəlali Tehranın ABŞİsrail ilə münaqişədən qalib çıxdığını bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazıb.

Diplomat İran Ordusu Günü tədbirində çıxış edərək müharibəni qeyri-bərabər adlandırıb:

“Onlar bütün hərbi potensiallarından istifadə etdilər, lakin nəticə İran üçün tarixi qələbə oldu”.

Cəlali əlavə edib ki, ABŞ və İsrail hərbi hücumu nəticəsində 220 uşaq və 250 qadın da daxil olmaqla, 3000-dən çox mülki şəxs həlak olub. Ümumilikdə 125 min 600 mülki obyektə zərbə endirilib.

Tahir Turan
Globalinfo.az

Paylaş: