İspaniyalı 16 yaşlı futbolçu AVRO-2024-də tarixə düşdü – VİDEO

İspaniya millisinin futbolçusu Lamine Yamal Avropa Çempionatları tarixinə düşüb.

Globalinfo.az xəbər verir ki, o, 16 yaş 362 günündə yarımfinal matçında Fransa yığmasına qol vurmağı bacarıb.

O, 2004-cü ildən bu uğura sahib olan isveçrəli hücumçu Yohan Vonlantenin rekordunu qırıb. Vaxtilə qrup mərhələsinin son oyununda Fransa komandasına (1:3) qol vuran futbolçu 18 yaş 141 günlük idi.

Həmin fantastik qolu əks etdirən görüntüləri təqdim edirik: