İŞİD qruplaşmasının terrorçuları Suriyanın şərqindəki Rassafa bölgəsində silahlı hücum həyata keçiriblər.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, terror aktı nəticəsində 20-dən çox əsgər həlak olub.
Bildirilib ki, hadisə zamanı yaralanan təhlükəsizlik qüvvələri əməkdaşları xəstəxanalara çatdırılıblar.
Qeyd edək ki, Rassafa ərazisində İŞİD dəstələri son vaxtlar Suriya ordusunun nəzarət-buraxılış məntəqələrinə və hərbi nəqliyyat karvanlarına 13 dəfə hücum təşkil ediblər.