İrəvandan Moskvaya gərginlik cavabı: “Dəfələrlə demişik…”

Ermənistan Xarici İşlər Nazirliyi Baş nazir Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışına aydınlıq gətirib. 

Globalinfo.az xəbər verir ki, xarici işlər nazirinin müavini Paruyr Ovannisyan Paşinyanın Rusiyaya ünvanlı sözlərinin birmənalı qarşılanmamasına dair suala cavab verib.

“Ermənistan sadəcə Avropa İttifaqı ilə müttəfiqlik münasibətlərini genişləndirmək istədiyini təsdiqləmiş oldu. Baş nazirin çıxışı hər hansı sensasion xarakter daşımır. Orada müttəfiqlərimizdən narazılıq dilə gətirilib. Konkret bir ölkənin adı qeyd olunmayıb. Sülhməramlılara gəlincə isə, Ermənistanın onların bir sıra fəaliyyətlərinə görə məyus olması dəfələrlə dilə gətirilib”, – XİN rəsmisi bildirib.

Qeyd edək ki, Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışı zamanı Ermənistana müttəfiq ölkələrlə bağlı səsləndirdiyi fikirlərin Moskvada ciddi narazılıqla qarşılandığı bildirilir. Adı açıqlanmayan bəzi Kreml rəsmiləri müxtəlif KİV-lərə Moskvada Paşinyanla bağlı müzakirələrin aparıldığını açıqlayıblar.

Ayşən Mustafa
Globalinfo.az