Vardanyandan dərhal sonra Xankəndidən o şəxsi apardılar

Vardanyan və Arutyunyandan sonra Moskvaya daha bir nəfərin çağırıldığı bəlli olub.

Globalinfo.az xəbər verir ki, qondarma rejimin yeni xarici işlər naziri Sergey Qazaryan fevralın 12-dən 16-na qədər Rusiyada səfərdə olub.

Qazaryanın Xankəndini necə tərk etdiyi açıqlanmayıb. Moskvada separatçı “nümayəndə”nin siyasi və ekspert dairələrində görüşlər keçirdiyi vurğulanıb. Onun Rusiyanın rəsmi nümayəndələri tərəfindən qəbul edilib-edilmədiyi açıqlanmayıb.

Maraqlı məqam isə Qazaryanın Moskvaya Vardanyandan dərhal sonra yollanmasıdır.

Qeyd edək ki, Vardanyan bir həftəlik Moskva səfərindən sonra fevralın 12-də Xankəndiyə qayıdıb. Ardınca isə onun istefaya göndərilməsi ilə bağlı məlumat yayılıb.

İlkin Həsənov
Globalinfo.az